Ana səhifə XəbərlərGüney Pezeşkian Ermənistana gedir

Pezeşkian Ermənistana gedir

admin

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Ermənistanın paytaxtı İrəvana səfəri gözlənilir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı məlumat verib. Nazir bildirib ki, İran-Ermənistan münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir və bu çərçivədə qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımlar atılır.

Ararat Mirzoyan qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli səfərlər mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, qarşıdakı səfər çərçivəsində siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00