515
Polşa 2040 və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.
Bu barədə jurnalistlərə ölkənin idman və turizm naziri Slavomit Nitras məlumat verib.
“Biz Polşada Olimpiadanı təşkil etməyə imkan verəcək strateji sənədlərin hazırlanması üzərində işləyirik. Əvvəllər Oyunlara ev sahibliyi etmiş ölkələrin təcrübəsini nəzərə alaraq, 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. Bu, 2044-cü il də ola bilər”, – nazir bildirib.
Qeyd edək ki, Polşa indiyədək heç vaxt Olimpiya Oyunlarına ev sahibliyi etməyib.