guney.az xarici KİV-ə istinadla xəbər verir ki, jurnal illər ərzində Nyu Yorkda təbiətin necə dəyişə biləcəyini müəyləşdirməyə çalışıb.
Birinci gün- birinci ay: Ətraf qaranlığa qərq olur
Elektrik şəbəkəsini təmin edəcək heç kim qalmasa, Nyu York günlər ərzində qaranlığa qərq olacaqdı. Kondisioner və istilik sistemləri istismardan çıxdıqda, binaların daxili hissələri qeyri-adi yüksək temperaturlara çatacaq.
Zaqreb Universitetində struktur çürüməni tədqiq edən memar Yana Horvat deyir ki, divarlarda kif böyüməyə başlayacaq.
Elektrik olmasa, hər gün metronun 49 milyon litr suyu boşaldılan nasos otaqları da sıradan çıxacaq və tunelləri su basmağa başlayacaq.
1-10 il: Pozulma başlanır
İnsansız bir ildən sonra bir çox binalar xarab olmağa başlayacaqdı. əN tez xarab olanlar isə şüşə fasadlı binalar olacaq.
On il ərzində hətta göydələnlərdəki istiliyədavamlı şüşələr də çatlamağa başlayacaq. Şüşə qırılanda su içəri girir. Göydələnlər içərisində bitən bitkilər, su ilanları, göbələklər və qamışlar üçün ideal istixanaya çevrilir.
Asfalt yollar və dayanacaqlar da sürətlə xarab olacaqdı. Donma-ərimə dövrləri çatlara səbəb ola bilər.
On il ərzində Azadlıq Heykəli xarab olmağa başlayacaq. Onun mis üzlüyü çatlayacaq və dənizin təsiri ilə içəridəki polad çərçivəni aşındıracaq.
“Polad çox davamlı materialdır, lakin nəmə məruz qaldıqda çox asanlıqla korroziyaya uğrayır”, – deyə Horvat bildirib.
Bu da poladdan hazırlanmış bir şəhər olan Nyu York üçün pis xəbərdir.
50-ci il: Unikal ekosistem
İnsanlar şəhəri tərk etdikdən onilliklər sonra yeni ekosistem formalaşacaq.
50 il sonra Mərkəzi və Riversayd ağaclardan ibarət gənc meşələr böyüyəcə. Zəhərli Sarmaşıqlar binalara dırmaşacaq, küləkli göydələnlərin hündür yerləri mamır və sərt otlarla örtüləcək.
Bu yaşıllıqlar arasında daha çox heyvan Manhettendə məskunlaşacaqdı. Əvvəlcə marallar, dovşanlar, yer dələləri və vəhşi hinduşkalar sonra isə yırtıcılar gələcək. Qartallar, şahinlər və bayquşlar çürüyən binalarda yuva quracaq, vəhşi pişiklər isə çoxmənzilli binaların tərk edilmiş yuxarı mərtəbələrində siçan və quşlarla qidalanacaqlar.
100 il sonra: Göydənlərin sonu
“10 Hudson Yards” və “111 West 57th Street” kimi gələcəyə aid görünən ən yeni tikililər ilk çökənlər arasında olacaq. Bu binalar davamlı skeletlər üzərində tikilsə də, elektrik kəsiləndə və şüşə divarlardan su sızanda bu göydələnlər içəridən çürüməyə başlayacaq.
Y.Horvat deyir ki, hətta göydələnlər uçsa da, meşələr böyüsə də Nyu-Yorkun bəzi hissələri əsrlər boyu bu xarabalıq vəziyyətində qalacaq. İnsanlar olmasa belə, Nyu-Yorkun bəzi hissələri, gələcəyin kəşf edəcəyi və ya unutacağı kövrək bir miras olaraq qalacaq.