Hadisə bu gün saat 16:00-da baş verib.
“Honda” və VAZ-2199 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Bunlar VAZ-ın sürücüsü, Qax rayonunun Turaclı kənd sakini, 1986-cı il təvəllüdlü Bəşirov Şahlar, 2016-cı il təvəllüdlü Ömər Mehman oğlu Abdulla və 2013-cü il təvəllüdlü İbrahim Mehman oğlu Abdulladır.
“Honda” markalı avtomobilin sürücü, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayev Mehman xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.