İlham Əliyev Polşanın yeni Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Navrotskiy,

Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Related posts

Bakıda ermənilərlə bağlı iki kitabın onlayn versiyası təqdim edildi

Azərbaycanla Çin arasında viza LƏĞV EDİLDİ

İran prezidenti Şuşa və Xankəndiyə səfər edəcək