Ana səhifə XəbərlərHadisə Salyanda ferma yandı: 40 baş heyvan tələf oldu

Salyanda ferma yandı: 40 baş heyvan tələf oldu

admin

Salyan rayonunda iribuynuzlu heyvanların tələf olması və ot bağlamalarının yararsız hala düşməsi ilə nəticələnən yanğın baş verib.

Hadisə saat 17 radələrində rayonun Qardili kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Eyyub Şikarova məxsus təsərrüfatdakı ot tayasında başlayan yanğın qısa müddətdə güclənərək ətrafda yerləşən saxlanc yerinə də keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun lokallaşdırılması lazımı tədbirlər görülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 40 başdan çox iribuynuzlu heyvan tələf olub, xeyli sayda ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00