Rusiyada ciddi çöküş: “kədərli biznes” sürətlə inkişaf edir

Son üç ildə Rusiyada dəfn xidməti sektorunda təsəvvüredilməz bum yaşanır. Məsələn, bu ilin yanvar-aprel aylarında dəfn şirkətləri 39.5 milyard rubl qazanıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz çoxdur.

Bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

O xatırladıb ki, Rusiyanın neft şirkətlərinin gəlirləri ötən illə müqayisədə yarıbayarı azalıb, qaz və kömür sənayesi zərərlə işləyir:

“Dəfn xidməti ilə məşğul olan şirkətlərin gəlirləri son üç ildə yüksələn xətlə artır. Qəbir qazmaq Rusiyada ən gəlirli peşələrdən birinə çevrilib. Bütün bunlar Rusiyanı qaçılmaz çöküşə və parçalanmaya doğru aparır”.

Related posts

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA

Arıqlamaq üçün bitki çayları içən qız şoka düşdü, əməliyyata götürüldü – FOTO

Macarıstan o cəriməni ləğv etdirmək istəyir