Arıqlamaq üçün bitki çayları içən qız şoka düşdü, əməliyyata götürüldü – FOTO

Türkiyənin Aksaray şəhərində arıqlamaq üçün bitki çayları içən gənc qız ölümlə üz-üzə gəlib.

24 yaşlı Büşra K gündə 4 stəkan bitki çayı içib və ağrıkəsici qəbul edib.

Büşra K-nın bir müddət sonra əllərində qırmızı ləkələr əmələ gəlib. Simptomlar bununla da bitməyib, ləkələrə oynaq ağrıları da əlavə olunub.

Vəziyyəti pisləşən gənc qız qaraciyər çatışmazlığı səbəbindən komaya düşüb. Onun ilk müdaxiləsi Aksarayda edilib, vəziyyəti pisləşdiyi üçün Antalyaya köçürülüb.

Onun sarılıq dəyərlərinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib. Bundan sonra o, təcili orqan köçülüməli olan şəxslərin siyahısına salınıb.

24 saat ərzində uyğun donor tapılıb və qaraciyər transplantasiyası əməliyyatı keçirib.

Büşra K. sosial şəbəkələrdə paylaşımlar edən diyetoloqların qurbanı olduğunu söyləyib.

Billurə

 

 

 

 

Related posts

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA

Macarıstan o cəriməni ləğv etdirmək istəyir

Rusiyada ciddi çöküş: “kədərli biznes” sürətlə inkişaf edir