271
İran Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanının ikinci bir bildirişədək tamamilə bağlandığını elan edib.
Rəsmi açıqlamada bu qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar olduğu qeyd olunub:
“Ölkənin hava sahəsi, ikinci bir duyuruya qədər bağlı qalacaq”, – deyə qurumun bəyanatında bildirilir.
Beynəlxalq hava yolları artıq İran üzərindən keçən uçuş marşrutlarını dəyişməyə başlayıb. Qərarın davam müddəti və təsirləri yaxın saatlarda daha dəqiq bəlli olacaq.