Ana səhifə XəbərlərMünaqişə ABŞ HƏRƏKƏTƏ KEÇDİ – Yaxın Şərqə xüsusi qrup göndərir

ABŞ HƏRƏKƏTƏ KEÇDİ – Yaxın Şərqə xüsusi qrup göndərir

admin

ABŞ regiondakı hərbi qüvvələri qorumaq üçün “USS Nimitz”in başçılıq etdiyi təyyarədaşıyan qrupunu Yaxın Şərqə göndərir.

Bu barədə Pentaqon məlumat yayıb.

“Bölgədəki Amerika qüvvələrinin müdafiəsini təmin etmək öhdəliyi çərçivəsində müdafiə naziri Pit Heqset “USS Nimitz” aviadaşıyıcısının CENTCOM (ABŞ-ın Mərkəzi Komandanlığı) əməliyyat zonasına göndərilməsi barədə göstəriş verib. Bu addımın məqsədi müdafiə qabiliyyətinin gücləndirilməsi və Amerika hərbi kontingentinin təhlükəsizliyinin təmin olunmasıdır”, – ABŞ müdafiə nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri də ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə Aralıq dənizinin şərqində əməliyyatları davam etdirir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00