Məhkəmə Fransanın keçmiş baş naziri barədə QƏRAR VERDİ

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyon barəsində yekun hökm çıxarıb.

Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

2007-2012-ci illərdə prezident Nikola Sarkozinin dövründə Fransa hökumətinə rəhbərlik edən siyasətçi dörd il şərti həbs cəzasına məhkum edilib.

Baş nazir şərti cəza ilə yanaşı, 375 min avro cərimə ödəməli olacaq. Məhkəmə həmçinin 71 yaşlı siyasətçinin seçkilərdə iştirakını 5 il müddətinə qadağan edib və faktiki olaraq onun gələcək siyasi karyerasına son qoyub.

Məlumat üçün əlavə edək ki, Fransa məhkəməsi F.Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib.

Related posts

Məşhur iş adamı İrəvanda SAXLANILDI

“Davamlı zərbələr ciddi radioaktiv çirklənmə riski yaradır”

Rusiya və Türkiyə razılığa gəldi – Uşakov açıqladı