Ana səhifə XəbərlərDünya Kadırov ikinci dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görüldü

Kadırov ikinci dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görüldü

admin

Çeçenistan rəhbəri Ramzan Kadırov 49 yaşında ikinci dəfə “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adına layiq görülüb.

Yerli qanunvericiliyə əsasən, bu adı verən sərəncamı Çeçenistan rəhbərinin özü imzalamalıdır.

Mükafatı ona Çeçenistan Parlamentinin sədri Maqomed Daudov Qroznıda yeni hökumət kompleksinin açılışı zamanı təqdim edib.

31 oktyabr 2022-ci il tarixli sərəncama görə, “Çeçenistan Qəhrəmanı” titulu respublikanın ən yüksək dövlət mükafatı sayılır və “xüsusi xidmətlərə və qəhrəmanlıq igidliyinə görə” verilir.

Bununla belə, sənəddə bu adın bir şəxsə ikinci dəfə verilə biləcəyi barədə qeyd yoxdur.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00