Ana səhifə XəbərlərDünya Çin nadir torpaq metallarının ixracına məhdudiyyət qoydu

Çin nadir torpaq metallarının ixracına məhdudiyyət qoydu

admin

Çin hökuməti nadir torpaq metalları və onlarla bağlı məhsulların ixracına nəzarət tədbirləri tətbiq edir. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Pekin bu addımı “sülhün və regional sabitliyin qorunması məqsədilə” atdığını bəyan edib.

Nazirliyin açıqlamasında vurğulanıb ki, bu cür xammal və məhsullar tez-tez hərbi sahədə istifadə olunur, halbuki qlobal vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

Yeni ixrac məhdudiyyətləri 8 noyabrdan qüvvəyə minəcək.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00