Ana səhifə XəbərlərDünya Rusiyada Şaxta baba iş adamını öldürdü

Rusiyada Şaxta baba iş adamını öldürdü

admin

Çuvaşiya Respublikasında 72 yaşlı rusiyalı təqaüdçü bir sahibkarı öldürməkdə ittiham olunaraq 12 il ciddi rejimli həbs cəzasına və 70 min rubl məbləğində cəriməyə məhkum edilib.

Məhkəmənin müəyyən etdiyinə görə, təqsirləndirilən şəxs və zərərçəkmiş arasında şəxsi ədavət olub. Yanvarın 2-də diqqət çəkməmək və kimliyini gizlətmək məqsədilə təqaüdçü Şaxta Baba kostyumu geyinərək Kanaş şəhərindəki mağazaya daxil olub və iki lüləli tüfəngdən düzəltdiyi obrezlə sahibkara atəş açıb. Nəticədə kişi ölüb.

İlkin dindirmələr zamanı kişi cinayətlə əlaqəsini inkar edib. Lakin istintaq tədbirləri onun ifadələrini təkzib edib və cinayətə birbaşa aidiyyəti olduğunu sübut edib. Xüsusilə, Şaxta Baba kostyumunda tanıma və səs üzrə identifikasiya aparılıb. /lent.az

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00