Ana səhifə XəbərlərGüney Tehranda “Müqəddəs Məryəm” adlı metro stansiyası açıldı: Mollalar xristian icmasına jest edir – FOTO

Tehranda “Müqəddəs Məryəm” adlı metro stansiyası açıldı: Mollalar xristian icmasına jest edir – FOTO

admin

İran paytaxtında yeni və diqqətçəkən bir metro stansiyası istifadəyə verilib.

guney.az xəbər verir ki, “Müqəddəs Məryəm” adlanan bu stansiya, adından da göründüyü kimi, xristian rəmzləri ilə bəzədilib.

Stansiyanın divarlarında və mozaikalarında xaç işarələri, Məryəm Ana və İsa Məsihin təsvirləri yer alıb. Bu, Tehran metrosunda ilk dəfədir ki, xristian dini simvollar bu qədər açıq şəkildə nümayiş etdirilir.

Layihə müəlliflərinin bildirdiyinə görə, bu addım İranda yaşayan xristian icmasına hörmət əlaməti kimi atılıb və dini tolerantlığın simvolu hesab olunur.

Yeni stansiya Tehran metrosunun genişlənən xəttində yerləşir və yaxın ərazidəki kilsələrə və xristian ibadətgahlarına gediş-gəlişi asanlaşdıracaq.

Ekspertlər bu addımı İranın beynəlxalq imicində “tolerantlıq və dini harmoniyanın nümayişi” kimi qiymətləndirirlər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00