Ana səhifə XəbərlərCəmiyyət Dördqat dünya çempionu olan Azərbaycan güləşçisi karyerasını başa vurub

Dördqat dünya çempionu olan Azərbaycan güləşçisi karyerasını başa vurub

admin

Azərbaycanın çimərlik güləşi üzrə dördqat dünya çempionu İbrahim Yusubov (90 kq) karyerasını başa vurub.

İdmançı bu barədə Bakıdakı qarşılanma mərasimində jurnalistlərə açıqlama verib.

O, Misirin İsgəndəriyyə şəhərində təşkil edilən Dünya Seriyasının final mərhələsinin karyerasında sonuncu yarış olduğunu söyləyib:

“Dördüncü dəfə dünya çempionu oldum. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Biz də çox yaxşı hazırlaşmışdıq. Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək istəyirdik. Buna da nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçilərimizə təşəkkür edirəm”.

İ.Yusubov karyerasını bitirməsi ilə bağlı bunları deyib:

“Baş məşqçi ilə birlikdə bu qərarı verdik. İdmandan qələbə ilə ayrılmaq daha yaxşıdır. Məşqçi kimi fəaliyyət göstərə bilərəm. Federasiya rəhbərliyi etimad göstərsə, məşqçi kimi çalışacağıq”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00