Ana səhifə XəbərlərHadisə Bakıda dələduzluq – sosial ev vədi ilə 90 min manat taladı

Bakıda dələduzluq – sosial ev vədi ilə 90 min manat taladı

admin

Polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirlərilə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1472372

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00