Ana səhifə XəbərlərDünya Azərbaycan dünyada uğurlu dövlət olduğunu nümayiş etdirib – Serbiyalı deputat

Azərbaycan dünyada uğurlu dövlət olduğunu nümayiş etdirib – Serbiyalı deputat

admin

30 il əvvəl qəbul edilmiş Azərbaycan Konstitusiyası güclü və inkişaf edən dövlətin təməli oldu.

Bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Milli Məclisdə keçirilən beynəlxalq konfransda bildirib.

“Konstitusiyanın qəbulu istənilən ölkə üçün mühüm siyasi və sosial hadisədir. Konstitusiya dövlətin quruluşunu müəyyən edir və hakimiyyətin bütün qollarının fəaliyyətinin əsasını qoyur. Bu gün biz burada Azərbaycan Respublikasının əsas qanununun 30 illiyini qeyd etmək üçün toplaşmışıq”, – o vurğulayıb.

Vitse-spikerin sözlərinə görə, hazırkı yubiley xüsusi əhəmiyyətə malikdir, çünki Azərbaycan 30 il ərzində dünyada öz nüfuzunu möhkəmləndirmiş uğurlu, dinamik inkişaf edən dövlət olduğunu nümayiş etdirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00