Ana səhifə XəbərlərDünya Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri döyüş hazırlığı rejiminə keçib

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri döyüş hazırlığı rejiminə keçib

admin2

Səudiyyə Ərəbistanı dörd əsgərin ölümündən sonra ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı ilə “Ənsar Allah” hərəkatına daxil olan yəmənli husiləri arasında münaqişə yenidən kəskinləşib. Ötən həftə Cəzan vilayətinin cənub-qərbində bu tərəflər arasında döyüş olub. Bu döyüşdə dörd Səudiyyə əsgəri həlak olub. Bundan əlavə, Ər-Riyad ordusu, İsrail ərazisinə istiqamətlənmiş olduğu ehtimal edilən raketi də ələ keçirib.

Lakin “Bloomberg” vurğulayıb ki, ordunun istənilən səviyyəyə çatması üçün vaxt lazımdır. Hazırda bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir ki, bu da dövlət ərazisinə raket hücumu ehtimalının qarşısını alır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00