Ana səhifə Xəbərlərİqtisadiyyat Gələn il seçkilərə bu qədər vəsait XƏRCLƏNƏCƏK

Gələn il seçkilərə bu qədər vəsait XƏRCLƏNƏCƏK

admin2

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək.

Bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununda bildirilib.

Seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ümumi dövlət xidməti xərclərinin 2,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00