193
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının və MDB rəhbərləri Şurasının iclasında iştirak edəcək.
Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbə “Hraparak”a bildirib.
Məlum olduğu kimi, uzun müddətdir ki, rəsmi İrəvan Rusiya platformalarını boykot edir, nə Ermənistanın xarici işlər naziri, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi toplantılarda iştirak edir. Onlar yalnız iqtisadi əlaqələri qoruyub saxlamağa çalışırlar.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskva Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının rəsmi görüşündə iştirak edəcəyi barədə siqnal alıb.