Ana səhifə XəbərlərCəmiyyət Həmid Herisçi: “O dünyaya hazır idim, buraxmadılar”

Həmid Herisçi: “O dünyaya hazır idim, buraxmadılar”

admin2

“Həkimlərdi, yaxınlardı, Allah-taalanın özüdür, məni ölümdən qaytardılar. Nəyə görə Allah, həkimlər, yaxud öz iradəm mənə şans verdi bunu deyə bilmərəm. Ancaq doğrudan çox ağır günlər keçirtdim”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hazırda Sabunçu Tibb Mərkəzinin nəzdində Məhəmmədi modul tipli xəstəxanada müalicə alan yazıçı, şair, publisist Həmid Herisçi deyib.

Qızılcadan müalicə olunan yazıçı uşaq vaxtı qızılcaya yoluxduğunu və peyvənd olunduğunu da bildirib:

“Mən uşaqlıqda qıızlca keçirmişəm, amma deyirlər ki, bunun bir növü də var ki, onu uşaqlar keçirir. Özüm də həmişə uşaq olmuşam, heç böyümədim mən, vallah, böyümədim. Çox maraqlıdır ki, 62 yaşımda xəstəliyim də uşaq xəstəliyi oldu. Özüm də uşaq xəstəliyindən öləcəkdim. Bu, mənim bir daha uşaq olduğumu göstərir, çünki qızılca uşaq xəstəliyidir, yaşlılara xas olan xəstəlik deyil”.

Hazırda səhhətinin yaxşı olduğunu deyən yazıçı evə göndəriləcəyi ilə bağlı dəqiq tarix bilmədiyini deyib:

“Evə buraxılmağım sonrakı məsələlərdir. Deyilənə görə, ölümlə duellər olur, əzrayıl insanı pusur, döyüş olur. Görünür, həyatımın bir ağır döyüşünü verməli idim. Son zamanlar hiss edirdim ki, böyük bir imtahana çəkiləcəyəm, Təbrizi tez-tez yuxuda görürdüm. Fikirləşirdim ki, az qalıb. Son 5-6 ayda çox hekayələr yazdım, filmlər çəkdim. Mən Azərbaycanda çox nadir yazıçılardanam ki, mistik mövzularda yazmağı bacarıram.

Sevinirəm ki, mənə qarşı bu cür maraq olub. İnsanın çox yazıb yaratmağı onu göstərir ki, özü də ölümünü hiss edir. Tələsir ki, nələrisə etsin. Hamısının əlamətidir ki, birdən-birə haradasa dar döngələr oldu, əzrayıl nizəsini sinəmə sancmaq istədi. Bir sözlə, ağır dəqiqələr yaşadım.

İnsanlar üçün mənim sağlığım əhəmiyyətli idi? Bu şansı nəyə görə siz mənə verdiniz?! İstər həkimlər, istər tanrı, istər özüm?! Doğrudan da, insan yaşamalıdır, mənə elə gəlir ki, mən hər şey eləmişəm, ölə də bilərəm. Ancaq niyəsə geri qaytardılar.

Qapıya qədər getdim, buraxmadılar. Niyə buraxmadılar bilmirəm, görünür, orada da vəziyyət buradakı kimidir. Çox məmnuniyyətlə, çox rahatlıqla istəyirdim ki, köçüb gedim, orada yaşayım, amma məni o dünyaya buraxmadılar. Çox hazır idim, qəbul eləmədilər”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00