Ana səhifə XəbərlərSiyasət Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir – VİDEO

Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir – VİDEO

admin2

10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış Türkmənçay sülh müqaviləsi İran ilə Rusiya imperiyası arasında bağlanıb.

Müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa Qacar Azərbaycan, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi.

İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.

Müqaviləni Qacar Azərbaycan tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayıb. Gülüstan müqaviləsində olduğu kimi, bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanıb və bütün şərtlər Rusiya tərəfindən diktə edilib. Hətta general Paskeviç Qacar Azərbaycan nümayəndələrinə bildirib ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa, rus ordusu Tehranı tutacaq.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırıb.

Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olunmaqla bir də 1991-ci ildə müstəqil olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00