Ana səhifə XəbərlərSiyasət İşğaldan azad edilən ərazilərdə ilk dəfə bələdiyyə seçkisi keçiriləcək

İşğaldan azad edilən ərazilərdə ilk dəfə bələdiyyə seçkisi keçiriləcək

admin2

“Son prezident seçkisində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu”.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub:

“Bu bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.

MSK sədri qeyd edib ki, bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkisi keçiriləcək:

“Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00