355
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Tehranda səfərdədir.
O, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib.
O, regional məsələlərin həlli, regional əməkdaşlığın və yaxınlaşmanın genişləndirilməsi, Qafqaz regionunda ölkələrin təhlükəsizliyi, sabitliyi və kollektiv maraqlarının təmin edilməsi üçün 3+3 strukturu kimi regional mexanizmlərdən maksimum istifadənin vacibliyini vurğulayıb.
Məlumata görə, Xovayev Rusiyanın Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində diplomatik səyləri barədə məruzə edib.