Dumanlı hava qəzaya səbəb olub, ölən var
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cəhri qəsəbəsində olub. Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü – İmanov Xaliq Eldar oğlu vəfat edib.…