Mariya Stadnik Polşada qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirində qızıl medal qazanıb.

50 kq-da çıxış edən titullu idmançı finalda yerli Anna Lukasyakı 7:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici görüşədək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib.

Qeyd edək ki, iyulun 28-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) mübarizəyə başlayacaq.

Related posts

Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Xankəndi stadionunda yenilik:

İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO