İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəsindəki müharibə ilə əlaqədar göstərilən mənəvi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

Diplomat özünün X səhifəsində İsrailin Bakıdakı səfirliyi qarşısında ölənlərin xatirəsinə qoyulan çiçəklərin fotosunu paylaşıb:

“Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.

Sevgi mesajları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Çox sağ olun. Biz qalib gələcəyik”, – deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

 

Related posts

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi

İranın həlak olan prezidenti Ermənistana gəlməyə hazırlaşırmış

Helikopter qəzasında həlak olan Prezidentin nəşi Təbrizə göndərildi