Abdullah Avcı “Trabzonspor”un baş məşqçisi təyin olundu

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib.

Bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.

Super Liqa klubunu Abdullah Avcı çalışdıracaq. Mütəxəssislə müqavilə imzalanıb. Anlaşmanın müddəti açıqlanmayıb. O, bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib.

Qeyd edək ki, Avcı ikinci dəfə “Trabzonspor” futbol komandasının baş məşqçisi təyin edilib. O, komanda ilə Super Liqa çempionluğu və iki Superkubok qazanıb.

Related posts

Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Xankəndi stadionunda yenilik:

İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO