Şahmatçılarımız dünya birinciliyində iştirak edəcəklər

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.

Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.

Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrossmeyster Fərid Abbasov rəhbərlik edəcək.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.

Related posts

Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Xankəndi stadionunda yenilik:

İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO