138
Rusiyalı diplomatın meyiti tapılıb.
Hadisə İstanbulda Taksim yaxınlığındakı otellərdən birində qeydə alınıb. İstanbula iclasa gələn Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı 62 yaşlı Nikolay Kpbrinets yerləşdiyi oteldə müəmmalı şəkildə ölüb.
Belə ki, onunla əlaqə saxlaya bilməyən Rusiya konsulluğun əməkdaşları otelə gəliblər və otelin işçisi ilə birdə otağa daxil olublar. Onlar Kpbrinetsi yatağında hərəkətsiz halda tapıblar.
Müəmmalı ölümlə bağlı araşdırma başlayıb.