Ana səhifə XəbərlərDünya Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək – Makron

Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək – Makron

admin2

“Rusiya Ukraynadakı müharibədə qalib gələrsə, Avropanın etibarlılığı sıfıra enəcək”.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O, artıq müharibənin Avropa torpaqlarında olduğunu söyləyib:

“Strasburqla Lvov arasında 1500 kilometrdən az (məsafə) var”.

Makron iddia edib ki, Moskva administrasiyası müharibədə qalib gəlsə, onlar artıq təhlükəsiz şəraitdə olmayacaqlar.

Fransa prezidenti Rusiyaya qarşı döyüşmədiklərini və bu ölkəyə qarşı döyüşmək üçün heç vaxt “ilk cəhdi etməyəcəklərini” diqqətə çatdırıb:

“Bizim bir məqsədimiz var: Rusiya müharibədə qalib gələ bilməz və gəlməməlidir”.

E.Makron Ukraynaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı məsələyə də toxunub:

“Bütün bu variantlar mümkündür, bunun üçün yeganə cavabdeh Moskva rejimi olacaq. Ukraynanı dəstəkləmək üçün heç bir ehtimal gözardı edilməyəcək. Sülh istəmək Ukraynadan imtina etmək demək deyil”.

O bildirib ki, Rusiyanın bu müharibədə qalib gəlməsi fransızların həyatının dəyişməsi deməkdir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00