Tovuz stadionunda işıqlandırma problemi həll olundu – VİDEO

Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

Bu barədə adıçəkilən arenada ev oyunlarını keçirən “Turan Tovuz” klubu sosial şəbəkə hesabında paylaşım edib.

Avadanlığın son sınaqlardan uğurla keçdiyi bildirilib.

Azərbaycan Premyer Liqasında X turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının süni işıqlandırma ilə baş tutacağı qeyd olunub.

Qeyd edək ki, oktyabrın 20-də reallaşacaq matç saat 18:30-da start götürəcək.

Xatırladaq ki, stadionda işıqlandırma sistemi olmadığından komanda ev matçlarını günün erkən saatlarında keçirmək məcburiyyətində qalırdı.

Related posts

Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Xankəndi stadionunda yenilik:

İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO