Ana səhifə XəbərlərDünya Qəddafinin “utopik” adlandırılan İsrail-Fələstin planı bu imiş

Qəddafinin “utopik” adlandırılan İsrail-Fələstin planı bu imiş

– BAYRAĞI DA VARMIŞ

admin2

İndiyədək İsrail-Fələstin münaqişəsinin həlli üçün çoxsaylı həll modelləri təklif edilib. Bunlar içərisində ən maraqlı planlardan biri də Liviya lideri mərhum Müəmmar Qəddafi tərəfindən irəli sürülmüşdü.

Qəddafinin sonuncu kitabı olan “Ağ kitab”da irəli sürdüyü təklifə əsasən, ərəb-yəhudi ixtilafı çözülsün deyə, Fələstinlə İsrail bir dövlət olması idi. Bunun da adı İsratin dövləti olsun.

Bir çoxları bu planı fantastik və reallaşması qeyri-mümkün olan ideya hesab edib.

Qəddafinin İsratin dövlətinin yaranması ilə bağlı təklifinin əsas məqamları bundan ibarət olub.

“Müqəddəs Torpaqların Federal Respublikası” adlı iki etnik icmalı – İsratin Yəhudi-Fələstin dövləti yaradılsın. Bütün fələstinli qaçqınlar geri qayıdır, BMT nəzarəti altında azad və ədalətli seçkilər keçirilir, kütləvi qırğın silahlarından imtina edilir, Ərəb Liqası tərəfindən yeni yaranan dövlət tanınır.

Hətta Qəddafi yeni yaranan dövlətin hansı bayraqdan istifadə edəcəyini də təqdim edib. Qəddafinin bu ideyası utopik hesab edildiyindən tarixin arxivinə atılıb.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00