Ana səhifə XəbərlərDünya Azərbaycanın sərhədində gedən proses – Almaniya şok xəritə yaydı – FOTO

Azərbaycanın sərhədində gedən proses – Almaniya şok xəritə yaydı – FOTO

admin2

Almaniya mediasının paylaşdığı “Kürdistan” xəritəsi müzakirələrə səbəb olub.

Yaxın Şərq üzrə şərhçi Kənan Rövşənoğlu isə almanların “Kürdistan” adlandırdığı xəritədə Azərbaycanla bağlı detala diqqət çəkib:

“Türkiyədə bu xəritə ciddi müzakirələrə səbəb olub. Çünki ölkənin cənub şərq hissəsi “Kürdistan” olaraq göstərilir.

Amma mənim diqqətimi cəlb edən başqa element oldu. Xəritədən görünür ki, İran və Türkiyə sərhədi Azərbaycan sərhədinə qədər hər iki tərəfdə kürd əraziləri olaraq qeyd olunur. Bu, müəyyən mənada həqiqəti əks etdirir. Təxminən son 30 ildir bu ərazilərə, həm Türkiyə, həm də İran tərəfə kürdlər yerləş(diril)ir. Artıq tarixən “azəri” adlanan azərbaycanlıların yaşadığı hissədə indi kürdlər çoxluq təşkil edir. Bunu Türkiyədə son illərdə keçirilən seçkilər də sübut edir. İranda ada son illərdə Qərbi Azərbaycan əyalətinin əhalisi içərisində kürdlərin sayı kəskin şəkildə artıb.
Sərhədin hər iki tərəfində kürdlərin sayının artması hətta məqsədli yerləşdirmə olmasa belə, bu, bölgəmiz üçün yaxşı bir şey vəd etmir”, – deyə o söyləyib.

Billurə

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00