159
Ermənistanda 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan tarix dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi təqdim edilib.
Bu barədə Ermənistanın “Armenia Today” nəşri yazıb.
Kitabdakı xəritələrdən birində Qarabağ Azərbaycan ərazisi kimi təqdim olunub.
Sözügedən xəritə dərsliyin 80-ci səhifəsində yerləşdirilib.
Dərsliyin müəllifi Smbat Hovhannisyandır. Ermənilər sosial mediada tarixçinin müəllifi olduğu dərsliyə qarşı etiraz çağırışlarına başlayıb və hamını onlara qoşulmağa çağırıblar.