Göyçayın 12 kəndində elektrik problemi həll olunur – FOTO

Noyabrın 3-də Göyçay rayonunun Mırtı kəndi ərazisində “Azərişıq” ASC tərəfindən 35/10 kV-luq yarımstansiyasının tikintisi işlərinə başlanılıb.

“Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin məlumatına əsasən, Mırtı yarımstansiyası rayonun 12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

5150 abonenti əhatə edən Mırtı yarımstansiyasında 7 ədəd 10 kV-luq yuvanın quraşdırılması və 7,1 kilometr məsafədə 35/10 kV-luq yeni elektrik xətlərinin çəkilməsi işləri də həyata keçiriləcək.

 

Related posts

Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ – 15-18 min manat

DİN-dən kibertəhlükəsizliklə bağlı MÜRACİƏT