118
“Regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir. Amma Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var”.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və rayonlarda çalışan elmi dərəcəsi olan müəllimlərin, hətta professorların əməkhaqqında ciddi fərqlər var. Ona görə də məşhur alimlərimizin bölgələrdə işləməyə getməyə marağı olmur”, – deputat qeyd edib.