Ana səhifə XəbərlərCəmiyyət Laçında “Araz” supermarket fəaliyyətə başladı – FOTO

Laçında “Araz” supermarket fəaliyyətə başladı – FOTO

admin2

İşğaldan azad olunan doğma torpaqlarımıza qayıdışın ardından həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa işləri aparılır.

“Araz” supermarketlər şəbəkəsi də işğaldan azad olunan ərazilərdə yaşayan əhalini keyfiyyətli məhsullarla fasiləsiz təmin etmək məqsədilə vətənimizin döyünən ürəyi – Qarabağda əhatə dairəsini genişləndirməyə davam edir. Şəbəkəyə məxsus növbəti mağaza işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb. Mağazada yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim olunur.

Qeyd edək ki, Laçında fəaliyyətə başlayan mağaza “Araz”ın Qarabağda açılan sayca ikinci filialıdır. Supermarketlər şəbəkəsinin Qarabağda ilk filialı isə Şuşa şəhərində fəaliyyətə başlayıb.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00