Təbrizli tələbə qız həbs olundu

Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.

Qeyd edək ki, tələbə qızın həbs edilməsinin səbəbi barədə heç bir açıqlama verilməyib.

Related posts

Bələdiyyə sədri həbs olundu

Vəzifəli şəxslərə cinayət işi açıldı – Meşə torpaqlarını satıblar

İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa əl atır – FOTO