Ana səhifə XəbərlərMünaqişə Orban yenə Ukraynanın ƏLEYHİNƏ ÇIXDI

Orban yenə Ukraynanın ƏLEYHİNƏ ÇIXDI

admin2

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına Ukraynanın üzvlük məsələsini 5-10 il təxirə salmağı təklif edib.

Bu barədə “Strana” məlumat yayıb.

O, hələlik Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamağı tövsiyə edib. Orbanın fikrincə, Ukraynanın Aİ-yə daxil olması məsələsinin dekabrda keçiriləcək sammitin gündəliyinə belə salınmamalıdır.

“Ölkələr arasında heç bir razılaşmanın olmayacağı əvvəlcədən aydındır”, – Macarıstan Baş naziri fikirini belə əsaslandırmağa cəhd göstərib.

Bir gün əvvəl onun ofisindən bildirilib ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olması, ona 50 milyard avro ayrılması və silah tədarükü ilə bağlı danışıqlara başlamaq qərarına dəstək verməyəcək.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00