Ana səhifə XəbərlərMünaqişə Priqojinin təyyarəsi Belarusda eniş edib

Priqojinin təyyarəsi Belarusda eniş edib

Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib

redaktor

“Vaqner” Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Qeyd edilib ki, Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.

Bildirilib ki, Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olması barədə məlumata sahib olduğunu bildirmişdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00