Ərdoğan ABŞ-ı sərt şəkildə tənqid edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyduğuna görə kəskin tənqid edib.

Bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

“Təəssüf ki, atəşkəs qətnaməsi BMT Təhlükəsizlik Şurasında bir daimi üzvə – ABŞ-a görə rədd edildi. Biz deyirik ki, ədalətli dünya mümkündür, lakin ABŞ-la bu mümkün deyil”, – Ərdoğan bildirib.

Türkiyə lideri BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti ilə bağlı fikirlərini bildirib və bunu ilkin şərt adlandırıb. “Biz Qəzzalı analar üçün səsimizi ucaltmağa davam edəcəyik”, – Ərdoğan deyib.

“Biz zalımın müxalifiyik, o kim olursa olsun, biz məzlumun himayədarıyıq. Bu gün İsrailin terror aktlarına dəstək verənlər sabah insan siması tapmayacaqlar. İnsan haqları baxımından belə faciəvi bir dövrdə Türkiyə fəal addımlar atmağa davam edir”, – deyə Ərdoğan bildirib.

Dekabrın 8-də Ərdoğanın İsrailin baş naziri Binyamin Netanyahunu “Qəzza qəssabı” adlandırdığı bildirilir.

Dekabrın 6-da Ərdoğan bəşəriyyətin İsraillə bağlı hökmünü proqnozlaşdırdı.

Bundan əvvəl Ərdoğan ABŞ-ın HƏMAS-a münasibətini açıqlamışdı.

Related posts

İranın həlak olan prezidenti Ermənistana gəlməyə hazırlaşırmış

Helikopter qəzasında həlak olan Prezidentin nəşi Təbrizə göndərildi

İranda helikopter qəzasında həlak olanların cəsədlərinin tanınması prosesinə başlanıldı