Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşmasının əldə etdiklərinin şahidi olacağıq.
unu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayn deyib
Azərbaycan və Ermənistan XİN başçılaırnın Vaşiqnton görüşü ilə bağlı mövqeyini açıqlayan amerikalı diplomat deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasını dəstəkləməkdən çox xoşbəxtdirlər: “Biz artıq hər iki ölkənin xarici işlər naziri arasında sülh danışıqlarının bir neçə raunduna ev sahibliyi etmişik və tərəflər sülhün əldə edilməsinə kömək edəcəyinə qərar versələr, bunu yenidən edəcəyik. Biz kömək etməyə hazırıq. Biz hər iki tərəfi görüşməyə təşviq edirik və onlar da buna hazır olduqlarını bildiriblər”.
XİN başçılarının bu ilin sonunadək baş tutub-tutmayacağına gəldikdə O’Brayn bildirib ki, bu il üçün kifayət qədər vaxt qalmayıb, amma əllərindən gələni edəcəklər.