Ana səhifə XəbərlərDünya Paşinyan komandasına “əl gəzdirmək” qərarına gəlib – ŞOK SƏBƏB

Paşinyan komandasına “əl gəzdirmək” qərarına gəlib – ŞOK SƏBƏB

admin2

Ermənistan baş naziri Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib. 

Bu barədə “Joxovurd” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazır.

“Paşinyan “Vətəndaş müqaviləsi”nin üzvü olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa cəsarət etməyən bütün məmurları, hətta yüksək rütbəli məmurları da zərərsizləşdirib uzaqlaşdırmaq göstərişi verib.

Paşinyan bu məqsədlə istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, hamının işdən çıxarılması barədə göstəriş verib. “Vətəndaş müqaviləsi” üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sferasında yeri olmamalıdır.

İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirlərinin işdən qovulması barədə məlumat yayıb.

Mənbələrimizin bildirdiyinə görə, bunun əsas səbəbi direktorların “Vətəndaş müqavilə”sinin üzvü olmamaları olub.

Beləliklə, qeyd edə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalifətin bəyanatlarına, fikir ayrılığına dözmürlər”, – “Jovovurd” yazır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00