Ana səhifə XəbərlərGüney İranlı nazir HƏMAS lideri ilə görüşdü – İsrail və ABŞ-yə mesaj verildi

İranlı nazir HƏMAS lideri ilə görüşdü – İsrail və ABŞ-yə mesaj verildi

admin2
Fələstin müqaviməti İsrailin mühasirədə olan Qəzza zolağında iki ay yarımdır davam edən müharibəsinə baxmayaraq, “döyüş meydanında möhkəm dayanır”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Qətərdə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə deyib.

“İsrail və onun müttəfiqləri belə hesab edirdilər ki, bu yolla müqaviməti əzmək və onu ağ bayrağı qaldırmağa məcbur edə bilərlər. Lakin müqavimət sarsılmaz olaraq qalır və bu 75 günlük müharibə İsrailin imicinə böyük ziyan vurub”, – iranlı nazir deyib.

Abdollahian onu da vurğulayıb ki, İran İsrailin Qəzzada mühasirəsinə son qoymaq üçün diplomatik səylərini davam etdirəcək.

İranın xarici işlər naziri həmçinin ABŞ-nin Qəzza müharibəsində İsrailə dəstəyini pisləyib və Vaşinqtonu Tel-Əvivin “çılğın hərbi strategiyası”na faydasız sponsorluğunu tez bir zamanda dayandırmağa çağırıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00