104
Kolorado Ali Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın ştatda prezidentliyə namizədliyini irəli sürməsini qadağan edib.
Qərar qüvvəyə minərsə, o, Kolorado bülletenində görünməyəcək.
Kolorado Ali Məhkəməsinin qərarı 6 yanvar 2021-ci il hadisələrini, cənab Trampın seçkilərdə məğlubiyyətini tanımayan tərəfdarlarının Kapitoliyə hücumunu üsyan kimi tanıyır.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın komandası Kolorado Ali Məhkəməsinin keçmiş Amerika liderinin yerli seçkilərdə iştirakdan kənarlaşdırılması qərarını səhv hesab edir və bundan apellyasiya şikayəti verəcək.