Bu 3 şəhər İrəvan-Bakı arasındakı sülhün ən yaxşı təminatıçısı olacaq – Səfir

“Türkiyə, Rusiya və İranın İrəvan-Bakı razılaşmalarını dəstəkləməsi sülhün ən yaxşı təminatıçısı olacaq”.

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mediasına açıqlamasında deyib.
İranlı diplomat bildirib ki, ona görə də bütün məsələlərdə ümumi anlaşmaya nail olmaq üçün Ermənistan və Azərbaycan bir-biri ilə danışmalıdır:

“Bu, onların sabit sülhün bərqərar olmasını təmin edəcək bir anlaşma əldə etməli olduqları paketdir. Bunu ancaq  region ölkələrinin iştirakı  ilə təmin etmək mümkündür. Tehranda 3+3 formatında görüşün keçirilməsi də bunun bariz nümunəsidir. Region ölkələri Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları dəstəklədikdə, bu, regionda daimi və sabit sülhün əldə olunmasının ən böyük təminatı ola bilər”, – iranlı  diplomat qeyd edib.

Related posts

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər – FOTO

Ramiz Tahirovun yerinə O TƏYİN EDİLDİ – FOTO

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir