148
İran Çinə tədarük edilən neftin qiymətini artırıb.
Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, İrandan gələn tədarüklər Çinin neft istehlakının təxminən 10%-ni təşkil edir.
Agentlik bildirir ki, Çin İran, Venesuela və Rusiyadan endirimlə neft almaqla milyardlarla dollar qənaət edib. Hazırda alıcılar neftin qiymətinin aşağı salınması üçün danışıqlar aparmağa çalışırlar.