Ana səhifə XəbərlərHadisə İrandakı terrora görə 11 nəfər tutuldu – Biri tacikistanlıdır

İrandakı terrora görə 11 nəfər tutuldu – Biri tacikistanlıdır

admin2
İranın Kirman şəhərində törədilən terror aktı ilə əlaqəli 11 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Terror aktını törədən iki kamikadzenin yaşadığı ev müəyyən edilib, evlərdən partlayıcı qurğular götürülüb.

Partlayışları törədənlərdən birinin Tacikistan vətəndaşı olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 3-də Kirmanda SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə terror aktı törədilib. İki partlayış nəticəsində azı 89 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00